<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>297</hymn_number>
<lyrics>[V1]
 Çətindir dünyada Allahsız yaşamaq,
 Məsihdən uzaqda, kənarda qalmaq.
 O aparacaq bizi, Öz dərgahına
 Layiq olaq Onun Padşahlığına.

[C1]
   İstərik Onun zühurunu -
   Uca Allahın Oğlunun.
   Gələr Allahım, Uca Padşahım,
   Layiq olaq Onun Padşahlığna.
   Rəbb İsam mənim, hər gün gözlərik Səni
   Sevginlə, Ruhunla gəl doldur bizi.
   Göylərçün Sən Özün hazırla bizi
   Layiq olaq Sənin Padşahlığına.

[V2]
 İstərik Sənin gəlişini,
 Sevirik Sənin sözlərini.
 Gəl, Göylərə apar bizləri
 Gəl, İsam, gəl, övladların gözlər.</lyrics>
<title>Çətindir dünyada Allahsız yaşamaq İL297</title>
</song>